Yolda «at oynadan» «avtoş» polisə yaxalanıb ağladı - VİDEO

Valideynlərindən xəbərsiz maşını oğurlayıb evdən qaçan və qəza törədərək kor-peşman olan azyaşlı uşaqları çox görmüşük. Avtosfer.az-ın təqdim etdiyi bu videonun qəhrəmanı da o azyaşlılardan biridir. Sevgilisi onu tərk etdiyi üçün ölmək istəyən azyaşlı oğlan atasına məxsus maşını qarajdan oğurlayaraq yola çıxıb. Yoldakı dirəyə dəyərək qəza törədən azyaşlı oğlan polislərin önündə: “Mən özüm ölmək istəyirdim. Çünki sevgilim məndən ayrılıb. Birinci dəfədir xəbərsiz evdən maşın götürürəm. Mən onlara neçə dəfə dedim ki, mənə maşın alın, onda sizin maşınınızı oğurlamayacam, amma almadılar. Onun yerinə motosiklet aldılar. Onunla da qəza törətdim, ancaq 13 yaşım olduğu üçün məni tutmadılar. Amma mənə həbs olunmaq lazımdır, mütləq! İndi atamgil məni döyəcək. Atama deyin ki, onun üzünə baxa bilməyəcəm.” –deyərək hönkür-hönkür ağlayıb.
Əslində, bu videoda baş verənlərin Azərbaycanda da oxşarları olur. Məsələn, yolda gördüyünüz «bərkgedən» avtoxuliqanlar, küçədə, yolda «at oynadan», yerə-göyə sığmayan sürücələr yol polisinə yaxalandıqda təxminən buna oxşar vəziyyətə düşürlər. And-amanın, söyüşün biri bir qəpikdən olur. Nəsildə-kökdə adam qalmır, hamısının canına and içirlər, yetər ki, polisdən yaxa qurtara bilsinlər. Amma bu artıq mümkün olmur. Bəziləri gedib həbs cəzası çəkir, amma azadlığa çıxan kimi yenə öz əməllərini davam etdirir. Bu artıq xəstəlikdir...
Fidan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











