Yolkəsənlik edən nəqliyyat müfəttişlərindən yeni VİDEO

Bir neçə gün əvvəl nəqliyyat müfəttişlərinin «QAZ-24» markalı avtomobili təhlükəli şəkildə təqib etməsini, yolda başqaları üçün qəza şəraiti yaratmasını və nəhayət, az qala «24»ü «Kamaz»ın altına salmalarını əks etdirən video yayılmışdı. Oxucular tərəfindən Avtosfer.az-a göndərilən növbəti videoda nəqliyyat müfəttişlərinin bu dəfə ağır yük maşınını təqib etmələri əksini tapıb. Videodan görünür ki, nəqliyyat müfəttişlərinin idarə etdiyi iki minik maşını «Kamaz» markalı yük avtomobilini əhatəyə alaraq təqib edir. Onlardan biri yük maşının qarşısını kəsməyə çalışır. Lakin yük maşını hərəkəti davam etdirir. Təqib zamanı nəqliyyat müfəttişləri yolda hərəkətə mane olur və digərlərinə qəza şəraiti yaradırlar.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyə görə, nəqliyyat vasitələrini yalnız polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri hallarda və konkret fakt əsasında təqib edə bilər. Nəqliyyat müfəttişlərinə, ümumiyyətlə, belə bir səlahiyyət verilməyib.
Avttosfer.az nəqliyyat «qoçuları»nın yollarımızdakı növbəti şousunu əks etdirən videonu təqdim edir.
Nurlan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











