Yollarımızı belə dağıdırlar - VİDEO

Avtoreyd 4 Dekabr 2014 01:31 Oxunub 2037
Yollarımızı belə dağıdırlar - VİDEO
WhatsApp kan|
Günün günorta çağı yük maşını yola palçıq tökür

Bakıda günün günorta çağı yük maşınları yolları bərbad hala salırlar. Dekabrın 2-də, günün ikinci yarısında Avtosfer.az-ın əməkdaşı bu kadrları Tbilisi prospektində - «Qafqaz» otelin qarşısında lentə alıb. Betonqarışdıran maşının asfalta tökdüyü palçıq həm avtomobillər üçün təhlükə yaradır, həm də asfaltı bərbad hala salır.

Yeri gəlmişkən, Tbilisi prospekti yeni təmir olunub. Günün günorta çağı yükdaşıma qaydalarını pozaraq yolları bu hala salan sürücünün cəzasız qalmayacağına ümid edirik. Çükni həmin ərazidə müşahidə kameraları da var. Üstəlik, yolu bu şala salmağa görə İnzibati Xətalar Məcəlləsindən məsuliyyət də nəzərdə tutulub. Yollarımızı qorumaq hər birimizin borcudur…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh