Azərbaycandakı kiçik şirkətlərin inkişaf tempi niyə aşağıdır? – AÇIQLAMA - FOTO

Ölkəmizdə hər ötən gün yeni şirkətlər qurulur, biznes sektoru genişlənir və müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisələrin sayı artır.
Avtosfer.az xəbər verir ki, sahibkarlıq mühiti getdikcə dinamikləşsə də, bu inkişafın fonunda ciddi problemlər də qabardılır. Həm daxili bazara yönələn, həm də beynəlxalq ambisiyaları olan şirkətlərdə ortaq məqamlar diqqət çəkir. Bəs bu gün şirkətlərdə əsas problemlər nədən ibarətdir?

Məsələ ilə bağlı İnsan Resursları üzrə consultant İlkin Mirzəzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan şirkətlərində müşahidə olunan əsas problemlərdən biri güvənin olmamasıdır.
“Rəhbərlik və əməkdaşlar arasında qarşılıqlı etimadın zəifliyi komanda işinə və ümumi fəaliyyətə mənfi təsir göstərir. Eyni zamanda, vergilərin düzgün və şəffaf şəkildə tənzimlənməməsi də şirkətlərin fəaliyyətinə mane olan ciddi faktorlardan biridir. Bir çox şirkətlərdə təşkilati strukturun olmaması, fəaliyyətlərin planlı şəkildə deyil, spontan şəkildə aparılması müşahidə olunur. Yazılı plan və strategiyaların hazırlanmadığı hallarda işlərin istiqaməti qeyri-müəyyən olur.
Hədəflərin yalnız rəhbərlik səviyyəsində qalması və digər əməkdaşlarla paylaşılmaması da geniş yayılmış bir problemdir. Bu səbəbdən işçilər şirkətin məqsədlərindən xəbərsiz olur, nəticədə onların motivasiyası və təşəbbüskarlığı azalır”.
Ekspert qeyd edib ki, işçi heyətinin düzgün idarə olunması üçün sistemli yanaşmanın olmaması da ümumi səmərəliliyə ciddi zərbə vurur.
“İşçilər bəzən potensiallarına uyğun olmayan vəzifələrdə çalışır və bu da nəticəyə təsir edir. Bunlarla yanaşı, şirkətlərin yeni trendlərə və texnoloji yeniliklərə qarşı bağlı olması, dəyişikliklərə qarşı müqavimət göstərməsi inkişafın qarşısını alan əsas amillərdəndir. Bu qapalılıq həm idarəetmə sistemlərinin yenilənməsinə, həm də daha çevik və rəqabətli strukturların qurulmasına əngəl yaradır. Bürokratik yanaşmaların üstünlük təşkil etməsi isə qərarların qəbulunu və icrasını ləngidir. Bütün bu amillər birlikdə Azərbaycan şirkətlərinin inkişaf tempini aşağı salır və rəqabətə davamlılığını zəiflədir”.
Fidan
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











