Çingiz xanın və şəhidlərin adına yaraşmayan piyada keçidi - FOTO

Bu fotoları bir neçə gün əvvəl çəksəm də, xəbəri yazmağı gecikdirdim. Düşünürdüm ki,aidiyyətli qurumlar məsələyə müdaxilə edər və real vəziyyəti ictimailəşdirməyə ehtiyac qalmaz.
Deməli, yanılmışam.
Avtosfer.az xəbər verir ki, yerüstü piyada keçidi metronun Xocəsən stansiyasının qarşısında, Çingiz xan küçəsində yerləşir. Bu keçid də Ziya Məmmədov dövrnün məhsuludur və indi bərbad vəziyyətdədir.
Fotodan da göründüyü kimi keçiddə lift quraşdırılıb. Lakin liftin şaxtasına su dolub, şaxtanın mühafizə örtüyü dağıdılıb. Bu yoldan gündəlik istifadə edən şəxs kimi əminliklə deyirəm ki, keçidi toz-torpaq basıb, buradan heç kim istifadə etmir.
Bütün ənənəvi keçidlər kimi çox hündürdür, nəinki qoca, heç orta yaşlı insanın da buranı düşüb-çıxmağa nəfəsi çatmır. Keçidin metro tərəfi təmiz olsa da, qarşı tərəf işlənmiş təkərlərin yığınaq yerinə çevrilib (bu da ayrıca müzakirə mövzusudur).
İşin digər pis məqamı Çingiz xan küçəsində yerləşən bu keçidin üzərini Vətən müharibəsi şəhidlərinin portretlərinin bəzəməsidir.
Axı baxımsız vəziyyətdə olan keçid nə böyük sərkərdənin adına, nə də işğala son qoymuş şəhidlərimizə yaraşır. Keçid praktik olmadığından onu istifadə edən olmayacaq. Amma ərazini təmiz saxlamaq bələdiyyə və digər qurumların birbaşa vəzifəsidir.
Vüqar
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR


















