Elektrikli motosiklet sürət rekordu qırdı - FOTO

Britaniya şirkəti "Verge"in istehsalı olan "TS Pro" elektromotosikleti "bir şarj ilə ən uzaq məsafə qət edən batareyalı motosiklet" kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, rekord London küçələrində real istifadə şəraitində aparılan təcrübə nəticəsində müəyyən olunub.
Britaniya paytaxtının ətraf rayonları boyunca səyahət 16 saat çəkib. Bu müddət ərzində "Verge TS Pro" 310,689 kilometr məsafə qət edərək orta hesabla saatda 19 kilometr sürətlə irəliləyib.
Xüsusi qeyd olunur ki, səyahətin sonunda motosikletin batareyasında hələ də 7% enerji qalıb.
Motosiklet 139 at gücündə bir elektrik mühərriki ilə təchiz edilib. İnnovativ mühərrik arxa təkərin kənarına quraşdırılıb, bu da kifayət qədər böyük batareya üçün yer açmağa imkan verib. İstehsalçının qiymətləndirməsinə görə, "TS Pro" ideal şəraitdə bir şarj ilə 350 kilometrə qədər məsafə qət edə bilər. Eyni zamanda, motosiklet 100 km/saat sürətə təxminən 3,5 saniyəyə çatır.(oxu.az)
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR














