“Bolt” sürücü və kuryerlər üçün mükəmməl layihəyə başladı – Siz də özünüzü sınayın! - VİDEO

“Bolt” şirkətinin əsas məqsədi göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, həm sərnişinlərin, həm də tərəfdaş sürücülərin təhlükəsizliyini və rahatlığını qorumaqdır”. Bu fikirləri nəqliyyat eksperti Elməddin Muradlı canlı yayımda səsləndirib. İzləyicilərin suallarını da cavablandıran ekspert qeyd edib ki, “Bolt” platformasında həm sərnişinlər, həm də sürücülər üçün mütəmadi olaraq kampaniyalar və güzəştlər təqdim olunur: “Bəzən sürücülər arasında belə bir yanlış fikir yaranır ki, sərnişinə güzəşt tətbiq olunanda sürücünün qazancı azalır. Bu doğru deyil. Əgər sərnişinə kampaniya çərçivəsində endirim tətbiq olunubsa, həmin məbləğ Bolt tərəfindən sürücünün hesabına əlavə olaraq ödənilir. Yəni sürücünün qazancına heç bir mənfi təsir olmur”.
Qeyd edək ki, əvvəllər sürücülər qazandıqları vəsaiti həftədə bir dəfə bank kartına çıxara bilirdilər. Bu aydan etibarən isə artıq Erkən Nağdlaşdırma (gündəlik nağdlaşdırma) funksiyası aktiv edilib.
Bu o deməkdir ki, hər gün görülən işə görə qazanılan vəsaiti çıxarmaq mümkündür. Kartla ödənilmiş səfərlərdən və sərnişinlərə edilən güzəştlərin Bolt tərəfindən ödənilən hissəsindən yaranan balans gündəlik olaraq bank kartına köçürülə bilər.
Nəticə olaraq, bu funksiyalar Bolt tərəfdaş sürücülərinin maliyyə çevikliyini artırır, xidmətin şəffaflığını təmin edir və onların rifahına dəstək məqsədi daşıyır.
.jpg)
Yeri gəlmişkən, Bolt şirkəti Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən tərəfdaş sürücülər üçün ubir müddətdir gözlənilən “Erkən Nağdlaşdırma” funksiyasını aktiv edib. Bu yenilik sayəsində sürücülər qazandıqları vəsaiti həftəlik ödənişi gözləmədən gündəlik olaraq nağd şəkildə əldə edə biləcəklər.
Necə işləyir?
Sürücülər gündə maksimum 1 dəfə erkən nağdlaşdırma tələbi göndərə bilərlər. Bu xüsusiyyətə çıxış əldə etmək üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:
- Minimum 25 gediş tamamlanmalıdır
- Sürücünün hesabı aktiv olmalıdır
- Bank məlumatları düzgün şəkildə əlavə edilməlidir
Əgər sürücü artıq həftəlik ödəniş və ya əvvəlki nağdlaşdırma prosesi içindədirsə, yeni tələb göndərə bilməyəcək.
Məbləğ və xidmət haqqı
- Minimum məbləğ: 1.60 AZN
- Maksimum məbləğ: 500 AZN
- Xidmət haqqı: 1.50 AZN (hər istifadə üçün, bir dəfəlik)
Qeyd: Bəzi hallarda vəsaitin bank hesabına köçməsi 2 iş günü çəkə bilər (sürücünün bankından asılı olaraq).
Addım-addım necə istifadə etməli?
- Bolt Sürücü Tətbiqini açın
- "Balans" bölməsinə keçin
- "Erkən nağdlaşdırma tələb et" seçimini seçin
- "Təsdiq et" düyməsinə klikləyin
Əlavə dəstək
Əgər istifadə zamanı hər hansı bir problem yaşanarsa, sürücülərə tətbiqdəki “Dəstək” bölməsi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Bolt-un məqsədi sürücülərin qazancına daha çevik çıxış imkanı yaratmaq, maliyyə rahatlığını artırmaq və xidmət təcrübəsini daim yaxşılaşdırmaqdır.
.jpg)
Bolt-la bağlı daha bir məlumat öz biznesini qurmaq istəyənlər üçündür. Belə ki, Bolt və SUP VC şirkətləri arasında imzalanmış rəsmi əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda ilk dəfə sürücü və kuryerlərə yönəlmiş sahibkarlıq sürətləndirici proqram – “Bolt Accelerator”a start verilib.
Proqram, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dəstəklənir və bu təşəbbüs tərəflər arasında inkişaf, innovasiya və iqtisadi gücləndirmə sahəsində uzunmüddətli əməkdaşlığın əsasını qoyur.
Əməkdaşlıq çərçivəsində SUP VC proqramın təşkilatçılığı və mentor şəbəkəsinin qurulması, Bolt isə iştirakçıların seçimi, təlimlərin təşkili və maliyyə dəstəyi daxil olmaqla təşəbbüsün icrasına töhfə verir.
Proqrama son müraciət tarixi 15 avqust 2025-ci ilədəkdir. İştirakçı sayı isə 120 nəfər seçiləcək.
Seçilmiş iştirakçılar 8 həftə ərzində onlayn təlimlərdə iştirak edəcək və imtahanda uğur göstərən 20 iştirakçı növbəti mərhələdə 4 həftə ərzində onlayn mentorluq və əyani təlimlərdə iştirak edəcəklər.
Əsas mərhələdə:
- Praktik təlimlər (şirkət qurmaq, maliyyə, marketinq, müştəri cəlbi)
- Fərdi mentorluq dəstəyi
Finalda 7 qalib seçiləcək:
1 nəfər – 10,000 AZN
1 nəfər – 7,000 AZN
3 nəfər – 4,500 AZN
2 nəfər – 3,000 AZN
Ümumi mükafat fondu: 36,500 AZN
Qaliblər daha sonra 6 həftəlik intensiv inkişaf mərhələsində iştirak edəcək və ideyalarını real müştərilərə çatdırmaq imkanı əldə edəcəklər.
Xüsusilə mobillik, nəqliyyat, şəhər infrastrukturu, rəqəmsallaşma və bu sahələrlə bağlı texnoloji layihələr üzrə sahibkarlıq təşəbbüsləri proqramın əsas fokus istiqamətlərindəndir.
Bolt Accelerator haqqında
Bolt Accelerator Bolt-un Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.
Müraciət və ətraflı məlumat: https://boltakselerator.az
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO
Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO











