FHN-in işçiləri “Minib-düşmə yeri”ni zəbt etdi - Sürücülər əziyyət çəkir - AÇIQLAMA - VİDEO

Bakı Şəhər DYP İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazidə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda yol hərəkəti əleyhinə qayda pozuntularının qarşısının alınması istiqəmətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bununla yanaşı, aidiyyəti qurumla birgə aparılmış təhlillərin nəticəsinə uyğun olaraq qeyd edilən yolda əlavə nizamlama vasitələrinin də tətbiq edilməsi nəzərdə tutulur.
*** 12 iyun, 13:55
Nəsimi rayonu, Füzuli küçəsi 69 ünvanında nəqliyyat vasitələrinin nizamsız parklanması ilə bağlı vətəndaş narazılığı yaranıb.
Bu barədə Avtosfer.az-ın “WhatsApp” qaynar xəttinə izləyici tərəfindən foto və videolar göndərilib. Kadrlardan görünür ki, ərazidə mövcud olan “Minib-düşmə yeri” nişanına məhəl qoyulmadan avtomobillər sıra ilə park edilib. Nəticədə həmin sahədən istifadə edən taksi sürücüləri sərnişinlərin minib-düşürülməsi zamanı çətinliklərlə üzləşirlər.
Şikayətçinin sözlərinə görə, yaranan vəziyyət səbəbindən bəzi hallarda taksi sürücüləri məcbur qalaraq avtomobillərini hərəkət zolağında və ya avtobus zolağında saxlayırlar ki, bu da cərimə riskini artırır. Eyni zamanda, bu vəziyyət piyadalar üçün də təhlükəli şərait yaradır. Fotoda taksi sifariş edən sərnişinin yolun hərəkət hissəsində gözlədiyi də müşahidə olunur.
İzləyici bildirib ki, əvvəllər ərazidə “Dayanma və durma qadağandır” nişanı mövcud olub və həmin dövrdə parklanma həyata keçirilməyib. Lakin nişan götürüldükdən sonra ərazinin parkinq kimi istifadə olunduğu qeyd edilir.
Şikayətçinin iddiasına əsasən, xüsusilə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına məxsus avtomobillər həmin sahədə park edilir. Onun sözlərinə görə, bu səbəbdən vətəndaşlarla sürücülər arasında tez-tez mübahisələr yaranır. Mübahisə zamanı isə onlar işlədikləri qurumun binasının qarşısında saxladıqlarını vurğulayaraq törətdikləri xətaya bəraət qazandırırlar.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunduğu, lakin hələlik problemin həllini tapmadığı bildirilir.
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO















