Texniki müayinə mərkəzləri bayram günlərində necə işləyəcək? – AÇIQLAMA - VİDEO

Son həftələrdə sürücüləri ən çox narahat edən məsələlərdən biri texniki müayinə mərkəzlərinin iş qrafikidir. Belə ki, daha əvvəl sosial şəbəkələrdə müayinə mərkəzlərinin bayram günlərində işləməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı yayılmış şayiələrlə bağlı Maştağa-Zabrat yolunda yerləşən texniki müayinə mərkəzində olub. Burada o mərkəzin adi iş günlərində və bayram günlərində fəaliyyət rejimi ilə tanış olub. Ekspert qeyd edib ki, müayinə mərkəzinin fasiləsiz fəaliyyəti bayram günlərində də davam edəcək:

“Buradan sürücülərə müraciət edərək bildirmək istəyirəm ki, bu müddətdə vaxtlarından səmərəli istifadə edərək, avtomobillərini texniki baxışdan keçirsinlər. Həm Zabrat-Maştağa yolunda, həm də Qaradağ rayonu ərazisində, məşhur ticarət mərkəzinin yanındakı müayinə mərkəzlərində bayram günləri səhər saat 9-dan axşam 6-ya qədər işləyəcək, yəni heç bir fasilə yoxdur. Dekabrın 31-i də, yanvarın 1-4-ü aralığında da işləyəcək. Bayram günlərindən sonrakı, adi iş günləri ilə bağlı da sürücüləri maraqlandıran suallar olur. Adi günlərdə müayinə mərkəzləri saat neçəyə qədər açıq olur? Qeyd edim ki, həmin günlərdə səhər saat 9-dan axşam saat 11-ə qədər, yəni 23:00-a qədər müayinə mərkəzləri fəaliyyət göstərir”.
Elməddin Muradlı onu da vurğulayıb ki, baxışa gələn sürücülər nəzərə almalıdırlar ki, avtomobildə yanğınsöndürən balon, qəza üçbucağı, dərman qutusu, avtomobilin işıq sistemi, mühərrikin şassi nömrəsi, rəng məsələsində uyğunluq və sənədlər qaydasında olmalıdır. Ən vacib məsələ isə, baxışa gələn avtomobilin cəriməsi olmamalıdır, cərimələri ödədikdən sonra müayinə mərkəzlərindəki xidmətlərdən istifadə etmək olar.
Səfər
“Güvən Rent A Car”dan şikayət: Məhkəmə qərarı var, cərimə hələ də sürücünün üzərindədir - VİDEO
Yolun ortasında hədə-qorxu gəlib maşını yumruqladı – Polis araşdırmaya başladı - VİDEO
Bakıda bu yola yeni radar quraşdırıldı: Arxadan çəkir - VİDEO
Avtomobilə 28 uşaq mindirdi, polis sürücünü cərimələdi – ŞOK HADİSƏ – VİDEO
Qəza şəraiti yaradan sürücü hələ “dərs” də keçdi: “Soldan ötmək olmaz” - VİDEO
Şamaxı-İsmayıllı yolundakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda maşını yolun ortasına park edən sürücü saxlanıldı - VİDEO
Skuterlə necə gəldi yola çıxan gənc az qala asfalta yıxılacaqdı - VİDEO
Xırdalanda yol çöküb: Sakinlər aidiyyəti qurumlardan xahiş edir - VİDEO
Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO
Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO










