Xanım taksi sürücsü “Bolt”un müsabiqəsində qalib gəldi; 7 min manat udub öz işini qurdu - VİDEO

Ötən il “Bolt Azərbaycan” şirkətinin təşkil etdiyi “Bolt Accelerator” proqramı sürücü və kuryerlər üçün sahibkarlıq imkanları qazandırdı. Bu proqram, Azərbaycanın müxtəlif şəhərlərində Bolt tətbiqi vasitəsi ilə xidmət göstərən sürücülərin və kuryerlərin sahibkarlıq potensialını ortaya çıxarmaq, onlara öz ideyalarını biznesə çevirmək üçün bilik və dəstək vermək məqsədilə hazırlanıb. Proqrama maraq o qədər böyük oldu ki, iştirakçı sayı 120 nəfəri əhatə etdi. Uduş fondu 36500 manat olaraq nəzərdə tutulan proqramda möhtəşəmliyi ilə göz oxşayan biznes layihələri irəli sürüldü və qaliblər müəyyənləşdi.
Avtosfer.az xəbər verir ki, belə layihələrdən birinin sahibi də Gülnar Kazımzadə idi. Onun layihəsi proqramın seçimlərində 2-ci yerə layiq görüldü və 7000 manat mükafat qazandı. Gülnar Kazımzadədən layihəsi barədə detallı məlumat almaq və növbəti mərhələlərdə hansı işlərin görülməsini planlaşdırdığını öyrənmək üçün müsahibəyə dəvət etdik:
- Gülnar xanım, layihəniz barədə ümumi məlumat verərsiz zəhmət olmasa.
- Dekabr ayının 9-u “Çöldəki dayəm” adlı layihəm təqdim edildi. Düşünürəm ki, “Çöldəki dayəm” dedikdə, dünyamızı gəzdirəcək nəqliyyat vasitəsi, yaxud bir sürücü ağla gəlməlidir. Dünyam dedikdə, əslində uşaqlarımızı nəzərdə tuturam. Bu layihəmizdə dünyamızı A nöqtəsindən B nöqtəsinə güvənli şəkildə çatdırmağı düşünürük. Bu layihə ilə bağlı mən valideynlərin problemlərini görməyə çalışdım. Çünki özüm də bir xanımam. Düşündüm ki, bu layihə əslində hər kəsə toxunacaq bir layihədir. Güvən bir çox ailələr üçün önəmli problemdir. Bəzən valideynlər övladlarını dərsə aparmaq üçün taksi çağırırlar, taksi uşaqlı valideyn gördüyü zaman uzaqlaşır. Ona görə mən düşündüm ki, bu layihə ilə valideynlərə daha güvənli xidmət təklif edə bilərik. Bizim sürücülərimiz qadınlar olacaq.
- Belə bir layihənin ideyasını sizə kimsə tövsiyə elədi, yoxsa ölkədə bu istiqamətdə boşluğun olmasını gördünüz və hərəkətə keçdiniz?
- Mən 2 ildir ki, “Bolt”da taksi sürücüsüyəm. Mən əslində problemin nə olduğunu başa düşmüşəm. Mən özüm də artıq məktəbə uşaq aparıb-gətirirəm. Bəzən mşına əyləşən valideyn olan müştərilərlə də danışırıq. Çünki onalra da qadın sürücü, qadın müştəri maraqlı olur. Onlar da söhbət əsnasında problemlərini danışır, mən də suallar verirəm. Hətta problemin qaynağında qadın amili dayanır. Çünki axşam saatlarında taksi çağırdıqları zamanı qadın sürücü gördüklərinə sevinirlər. Bu uşaqlarla bağlı da belədir. Ona görə də bizim qadın sürücülərimiz təhlükəsizlik üçün başlıca amil olacaq.
- Layihəni təqdim edərkən onun "Bolt" tərəfindən qəbul ediləcəyini düşünürdüz? Hətta belə desək, 2-ci yer olacağınız ağlınıza gələrdi?
- Əslində mən layihəmin 1-ci yerə layiq görüləcəyini düşünürdüm. Sadəcə ölkədə təhsil sahəsində də bəzi boşluqlar olduğunu nəzərə alaraq, birinci yerə təhsil layihəsini layiq gördülər. Bununla bağlı narazılığım yoxdur. Buna baxmayaraq, mən düşünürdüm ki, 1-ci yerə layiqəm. Çünki layihəmdə çox böyük problemə toxunmuşam.
Xanım sürücü ilə olan müsahibənin tam versiyasını aşağıdakı videodan izləyə bilərsiz:
Səfər
Yolun ortasında evakuator gözləyən sürücünü maşın vurub öldürdü - VİDEO
Oğurladığı motosikletlə polisdən qaçan gənc qəza törətdi - Düşüb piyada qaçdı - VİDEO
Qaranlıq yolda avtomobillərin üzərinə sürüb ölüm təhlükəsi yaratdılar - VİDEO
Polis rəisinin keçmiş müavini keçiddən keçən uşaqları vurdu – Həbs olunmadı - VİDEO
Bu küçədə aparılan xətlənmə çaşqınlıq yaratdı - AYNA izah verdi - VİDEO
“Bolt” gənclər üçün daha bir layihəyə start verib – ŞİRKƏTDƏN AÇIQLAMA - VİDEO
Maşın sürməyi öyrənən qadın başqa maşını vurdu - Sonra qaçdı - VİDEO
Qadın sürücü tüstüləyən maşınla “zapravka”ya girib şəkil çəkdirdi – Maşın bu hala düşdü - VİDEO
Yol polisini 300 metr sürüyən sərxoş sürücü saxlanıldı – 6 protokol yazıldı - VİDEO
Avtoxuliqanlıq edən yeniyetməyə qarşı cinayət işi açıldı; 7 ilədək həbs cəzası... - VİDEO
Gəncədə azyaşlıya maşın verən şəxs CƏZALANDIRILDI - VİDEO










