2025-ci ildə süni intellektə malik daha ağıllı avtomobillər istehsal olunacaq

Süni intellekt texnologiyasındakı irəliləyiş hətta ucuz avtomobillərin təhlükəsizliyini tez bir zamanda təkmilləşdirə bilər.
Lent.az xəbər verir ki, “Abarth”, “Alfa Romeo”, “Citroen”, “Fiat”, “Peugeot” və “Opel” kimi avtomobil markalarına sahib olan “Stellantis” şirkəti süni intellektin avtomobillərinə inteqrasiya olunduğunu elan edib. Bu da onları daha təhlükəsiz və ağıllı edəcək. Bu texnologiya ilə təkmilləşdirilmiş avtomobillər gələn ildən etibarən yollarda görünə bilər.
14 markalı “Stellantis” Qrupu, avtomobillərinə tez bir zamanda qabaqcıl xüsusiyyətlər əlavə etmək və nəqliyyat vasitələrini idarə etməyi asanlaşdırmaq məqsədi daşıyan üç yeni texnologiyanı açıqlayıb. Bu yeni sistemlərlə təchiz ediləcək ilk avtomobillər arasında 2025-ci ildə bazara çıxarılacaq yeni nəsil “Fiat Panda” olacağı gözlənilir.
Söhbət hazırda avtomobillərdə fərdi sensorlar və prosessorlar tərəfindən yerinə yetirilən bir çox funksiyaları mahiyyətcə öz üzərinə götürəcək “STLA Brain” adlı yeni mərkəzləşdirilmiş kompüter sistemindən gedir. Stellantis müdirləri vəd edirlər ki, gələcək avtomobillər indiki modellərin yarısı qədər elektron idarəetmə bloku tələb edəcək.
Digər yenilik isə süni intellekt və kontekstdən asılı olan menyulardan istifadə etməklə sürücülərə daha çox məlumat verəcək “STLA Smart Cockpit”dir. Məsələn, avtomobiliniz (və ya avtomobil markanızın smartfon proqramı) hara getdiyinizə və ya günün saatına əsasən səyahətiniz üçün musiqi siyahısı təklif edə bilər.
Sistem həmçinin, bu avtomobillərin “Stellantis” markası olması şərtilə, avtomobillər arasında seçimlərinizi və sürücülük vərdişlərinizi ötürə bilən fərdiləşdirilmiş sürücü profili yaradacaq.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










