ABŞ elektromobil satışına görə Çin və Avropadan geri qalır - SƏBƏB

ABŞ-da elektromobillərə maraq artır. Klassik avtomobillərin satışı gerilədiyi halda, sırf elektriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin satış həcmi artıb.
Avtosfer.az ABŞ mətbuatına istinadla xəbər verir ki, qiymətlərin bahalığına rəğmən amerikalılar elektromobilə kütləvi axın edir. İyunda Birləşmiş Ştatlarda satılan təzə nəqliyyat vasitələrinin 5,6%-ni elektromobillər təşkil edib. Sözügedən dövrdə təzə avtomobil satışı 20%-dək geriləyib.
Bununla belə, elektromobillərin Amerika bazarında payı cüzi olaraq qalır. Dünyanın birinci iqtisadiyyatına malik ölkə bu məsələdə Avropaya və Çinə böyük hesabla uduzur.
“Tesla”, “Ford” və “Wolksvagen” bazara böyük həcmdə məhsul çıxarsa da, tələbatı ödəyə bilmir. Müştərilər sifariş verdikləri modeli aylarla gözləməli olurlar. Səbəb xammal qıtlığına görə zavodların istehsal həcmini artıra bilməməsidir. Yarımkeçirici və litium qıtlığı Avropada olduğu kimi Amerikada da istehsalçılara mane olan ən böyük amildir. Problemdən ənənəvi avtomobil istehsalçıları da əziyyət çəkir.
Ekspertrlərin fikrincə, istehsal gücünün artırılması üçün zavodların ciddi transformasiyası vacibdir. Böyük avtomobil və detal istehsalçıları 2026-cı ilədək sektora 500 milyard dollar səmayə qoymaq niyyətindədir. Əsas diqqət batareyaların gücünün artırılmasına yönəldilir. Bununla belə, istehsal gücünün tələbatı ödəməsi üçün illər lazım gələcək.
Qiymət də vacib amildir. ABŞ-da daxili yanma mühərrikli təzə avtomobilin orta qiyməti 46 000 dollar olduğu halda, elektromobildə bu göstərici 66 000 dolları ötür.
Dövlət dotasiyasına görə Çin və Avropada elektromobillərin bazar payı yüksəkdir. Sıfır emissiyalı nəqliyyat vasitələri Avropada satılan təzə maşınların 10%-ni təşkil etdiyi halda, Çində göstərici 20%-i keçib.
ABŞ bazarında “Tesla” kimi sırf elektromobil istehsalçıları ilə yanaşı, ənənəvi istehsalçılar da bazara batareyalı avtomobil çıxarır. Lakin “Toyota”, “Honda”, “Stelantis” qrupu, “Jeep” və “Chrysler” hələ ki, ənənəvi modellərlə kifayətlənir. “Nissan”ın ABŞ bazarına təqdim etdiyi “Leaf” elektromobili isə istehlakçı rəğbəti qazanmadığı üçün payızda digər modellə əvəzlənəcək.
Yekun olaraq qeyd edək ki, inkişaf etmiş ölkələrdə elektromobilə keçid dönməyən prosesə çevrilib. Xammal qıtlığı, sanitar məhdudiyyətlər və qiymət bahalığı kimi amillər prosesi nisbətən ləngitsə də, qarşısnı almağa qadir deyil.
Vüqar Yaşaroğlu
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR










