Aİ-92 markalı benzinin sərfiyyatı artıb? - RƏSMİ AÇIQLAMA

Son vaxtlar sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması ilə bağlı müzakirələr gedir.
Avtosfer.az xəbər verir ki, sürücülər qiymət artımından sonra yanacaq sərfiyyatının artdığını, aldıqları yanacağın daha tez bitdiyini qeyd edirlər.
Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən bildirildi ki, yayılan məlumat həqiqəti əks etdirmir.
"SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.
(oxu.az)
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












