Aİ Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq edib

Avropa İttifaqı iyulun 4-dən etibarən Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq etməyə başlayıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
“Avropa Komissiyası bu gün Çindən akkumulyatorla işləyən elektrik avtomobillərinin idxalına ilkin müvəqqəti kompensasiya rüsumları tətbiq edib”, - deyə bəyanatda qeyd olunur.
Hər iki tərəf üçün məqbul həll yolları tapmaq üçün Çin səlahiyyətliləri ilə təmasların davam etdiriləcəyi bildirilir. Daha sonra Avropa Komissiyası yekun qərar üçün Aİ ölkələrinə təklif təqdim edəcək.
Avropadakı mənbənin Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, “müvəqqəti kompensasiya rüsumları konkret Çin istehsalçıları tərəfindən alınan subsidiyalar əsasında hesablanır”. Eyni zamanda, yeni rüsumlar uzun illərdir qüvvədə olan 10 faizə əlavə olunacaq. Bu isə praktikada o deməkdir ki, Aİ-də bəzi Çin elektrik avtomobillərinə idxal rüsumları 50 faizə qədər yüksələ bilər.
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










