“Almaniya istehsalı” adı ilə zirzəmidə doldurulan yağlar SATILIR

Azərbaycanda keyfiyyətsiz və ya saxta maşın yağları real və acı nəticələri olan problemə çevrilib. Xüsusilə “ikinci əl” maşın alan vətəndaşın ehtiyat hissələri ilə çəkdiyi əziyyət bir yana digər tərəfdən də keyfiyyətsiz yağlar səbəbindən sonrakı peşmançılığı sözlə ifadə ediləsi deyil.
Bu yağların keyfiyyətsiz olmasından başqa hətta saxta olmasına dair də iddialar var.
Sürücülər Almaniya istehsalı adı altında yerli sexlərdə doldurulan, keyfiyyətsiz yağlar satıldığını bildirirlər. Bu iddialar tam təsdiqini tapmasa da, müşahidələrə əsasən demək olar ki, problem avtomobil istifadəçiləri arasında kifayət qədər narahatlıq doğurur. Belə ki Sumqayıt və ya Bakıətrafı ərazilərdə yerləşən qeyri-rəsmi sexlərdə doldurulmuş yağların xarici, xüsusən də alman brendi kimi qablaşdırılıb satıldığı barədə məlumatlar da az deyil. Etiketi, hətta barkodu saxtalaşdırıb tərkibi məlum olmayan həmin yağları bazara çıxarırlar. Yaxud da idxal edilmiş orijinal yağ qutuları yenidən yerli “məhsul”la doldurulur. Yəni qutunun üzərində “Made in Germany” və s. kimi istehsalçı ölkə qalır.
Brend “tor”una düşən sürücülər hansı problemlərlə üzləşir?
Saxta və ya keyfiyyətsiz yağlar avtomobil mühərriklərinin sıradan çıxmasına səbəb olur, bununla da maşının sahiblərinə ciddi maddi ziyan dəyir. Bütün bu problemlərdən qaçmaq üçün sürücü nə etməlidir?
Avtomobil mütəxəssisləri diqqətli olmağı tövsiyə edirlər. Peşəkar usta Etibar Ağayev bu barədə sürücülərin ayıq olması üçün lazımi məsləhətlər verib:
“Əvvəla keyfiyyətsiz maşın yağları orijinal yağdan qiymət baxımından çox aşağı olur. Belə olan halda şübhələnmək lazımdır. Peşəkar sürücü uzun illər maşınına hansı qiymətdə yağ tökdüyünü bilir. Bu məsələdə daha çox yeni sürücülər tələyə düşürlər.
Etiket üzərində yazılar bəzən solğun olur, qablaşdırmanın plombu tez qırılır, yazılar olan kağız qopur, halbuki orijinal ölkənin, xüsusilə də alman markasında etiketi heç xüsusi maddə ilə yumşaldıb qopartmaq olmur. Bundan başqa, saxta yağların rəngi və qoxusu da fərqli olur. Keyfiyyətli mühərrik yağına nisbətən qatı tərkibli və kəskin qoxuludur”.
Bəs keyfiyyətsiz mühərrik yağları avtomobilə konkret nə ziyan vura bilər?
Ustanın sözlərinə görə, ilk növbədə belə yağlar mühərrikin qızmasına səbəb olur. Daha sonra yağ filtrləri vaxtından qabaq tıxanır. Tədricən mühərrikin “ömrünün qısalması”na gətirib çıxardır.
Nəzərə alınmalıdır ki, adətən brend adı ilə satılan lakin orijinal olmayan yağlar şəhərətrafı qəsəbələrdə və ya rayon və kəndlərdə rast gəlinir. Buna görə də yalnız rəsmi distribütorlarda və ya etibarlı servis mərkəzlərində yağ dəyişmək lazımdır. Bundan başqa, yağ dəyişimi mütləq hər dəfə sənədləşdirilməlidir.(bizim.media)
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










