Avtomobil Federasiyasının yarış maşınları nümayiş etdirildi - FOTOREPORTAJ

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində Bakı Marşal Klubu marşallar və şirkətin əməkdaşları üçün genişmiqyaslı təlim keçirib.
Oxu.Az xəbər verir ki, təlimin keçirilməsində məqsəd yarışlar zamanı fövqəladə hal yarandıqda əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yaranacaq təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün iştirakçıların peşəkarlığının daha da artırılmasıdır.
Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə “Formula-1” Azərbaycan Qran-prisinin idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Sonda Azərbaycan Avtomobil Federasiyasının “drift” və Volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib.
Qeyd edək ki, növbəti “Formula-1” Azərbaycan Qran-prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Yarış müddətində 1400 marşal iştirak edəcək.
FOTO: Sabir Məmmədov
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












