Avtomobil mühərriki yağlarının qiyməti niyə bahalaşıb?
Avtoxəbər
14 Oktyabr 2022 22:20

Avtomobillər üçün mühərrik yağlarının qiyməti bahalaşıb. Bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Bu sahə üzrə fəaliyyət göstərən sahibkarlar qeyd edirlər ki, mühərrik yağlarının bahalaşmasının əsas səbəbi Ukraynada baş verən hadisələrdir. Belə ki, əvvəllər yerüstü müxtəlif nəqliyyat vasitələri ilə mühərrik yağlarının çoxu Avropadan Ukraynaya, sonra da Rusiyaya aparılır, ordan isə ölkəmizə gətirilirdi. İndi isə daha çox təyyarə vasitəsilə gəldiyindən qiymətlərdə artım var.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən avtomobil təmiri sahəsində tanınmış mütəxəssis, "Sahil usta" adı ilə tanınan Sahil Ağabəyli bildirib ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.
Onun sözlərinə görə, mühərrik yağların bahalaşmasının əsas səbəbi idxalçı ölkələrdə qiymətlərin artmasıdır.
"Mühərrik yağının bahalaşmasının səbəblərindən biri də daşınma xərclərinin artmasıdır. Qiymətlər son bir il ərzində 30%-dən çox bahalaşıb. Bu da istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım deməkdir", - deyə bildirib.
Oxunub : 3854
DİGƏR XƏBƏRLƏR
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
23 Noyabr 2026 23:11
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
23 Noyabr 2026 19:07
Bakıda ucuz avtomobillər satışa çıxarılır
23 Noyabr 2026 13:30
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
21 Noyabr 2026 20:24
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
21 Noyabr 2026 15:00
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
20 Noyabr 2026 17:09
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
20 Noyabr 2026 17:00
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
19 Noyabr 2026 17:46
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
19 Noyabr 2026 16:39
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
19 Noyabr 2026 13:23
Evində maşını olanların NƏZƏRİNƏ!
18 Noyabr 2026 23:59
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
ŞƏRH YAZ












