"Avtomobil parkımız çox köhnədir" - Nazir müşaviri

“Hərəkətin ən intensiv olduğu Bakı şəhərində avtomobillərin böyük hissəsi cəmləşib”.
Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə deyib.
O bildirib ki, digər meqapolislərdə olan problemlərdən biz də kənarda qala bilmərik: “Bizdə də parklanma problemi var. Çünki avtomobillərin sayı çoxdur və gün-gündən də çoxalır. Təəssüf ki, bizim ərazilərimiz bununla paralel olaraq artmır. Biz müasir həll yolları tətbiq etməklə bu problemi həll etməyə çalışmalıyıq. Bu istiqamətdə də müəyyən işlər gedir”.
O qeyd edib ki, nəqliyyatın ətraf mühitə təsirini azaltmaq üçün mövcud olan avtomobillərdə tullantıları azaltmalı, yeni idxal olunacaq avtomobillərdə isə ekoloji dost texnologiyaların olmasına üstünlük verməliyik: “Ekoloji təmiz avtomobillərin idxalının daha da asanlaşdırılması və əksinə, ətraf mühitə çox ziyan vuran və artıq köhnə, dizel mühərrikli, daxili yanma mühərrikli avtomobillərin isə idxalının mərhələlərlə azaldılması bir istiqamətdir. Digər tərəfdən, artıq bizim avtomobil parkımız var və bu, çox köhnədir. Bunun da ətraf mühitə təsirinin azaldılması üçün mövcud avtomobil parkının yenilənməsi lazımdır. Bunun da yolu idxal olunan avtomobillərin nisbətən yeni avtomobillər olmasını stimullaşdırmaqdır. Artıq bizdə istismarda olan köhnə avtomobillərin mərhələlərlə dövriyyədən çıxarılması, utilizasiya olunması sahəsində tədbirlərin görülməsi digər vacib istiqamətdir”.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











