Avtomobilə minən kimi kondisioneri yandırmaq olar? - TƏHLÜKƏ

İsti havalarda avtomobilə əyləşən kimi dərhal kondisioneri yandırmayın.
Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, bu, əksər insanların yol verdiyi yanlışlıqdır.
Əvvəlcə pəncələrin hamısını eyni vaxtda açmaq lazımdır. Çünki avtomobilin içərisindəki hava çöldəki havadan daha istidir. İlk növbədə temperaturun bərabərləşməsi lazımdır.
Bundan əlavə, avtomobilin içərisi plastik materiallarla doludur və tərkibində kimyəvi maddələr var. Həmin maddələr bu istidə buxarlanaraq avtomobildəki havaya qarışır və bu havanı daxilə çəkmək ziyanlı ola bilər.
Digər tərəfdən kondisioneri yandıran kimi ən yüksək dərəcəyə qədər artırmaq məsləhət görülmür. Çünki hələ işləmədiyi üçün kondisionerin kompressorunun yağlanmasını gözləmək lazımdır. Səbəb də odur ki, bunu həmişə etmək, yəni dərəcəni sona qədər artırmaq kondisioneri xarab edə bilər. Əvvəlcə zəif dərəcədə qoşmaq, daha sonra tədricən artırmaq olar.
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












