Banner

Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA

Avtoxəbər 23 Yanvar 2026 09:00
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Müasir avtomobillərin qışda boş dayanma müddəti bir aydan çox olmayacaqsa, onların xüsusi hazırlığa ehtiyacı yoxdur".

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Moskva Politexnik Universitetinin baş elmi işçisi, alim və dosenti Yuri Furletovun açıqlamasına əsaslanır.

Alimin sözlərinə görə, hətta üç həftə ərzində açıq havada hərəkətsiz qalan avtomobil də problem yaşamayacaq. Furletov qeyd edib ki, "yaşlı" avtomobillər üçün də xüsusi hazırlıq tələb olunmur, lakin bir nüans var: "Avtomobili saxladıqdan sonra qapıları açıb salonun soyumasına imkan vermək məsləhətdir ki, kondensat yaranmasın. Bundan sonra avtomobili bağlayın, imkan varsa, akkumulyatoru çıxarıb evə aparın. Əgər akkumulyatoru sökmək mümkün deyilsə, onun boşalmaması üçün klemmaları ayırmaq lazımdır. Bunun üçün kapotu açmaq, avtomobili kilidləmək, akkumulyatoru ayırmaq və sonra kapotu bağlamaq kifayətdir".

Mütəxəssis, həmçinin uzun müddət avtomobildən istifadə olunmayacağı dövrdə elektron sistemlərin enerji sərfiyyatını minimuma endirməyi tövsiyə edib: "Avtomobili mühafizə siqnalizasiyasına qoymaq əvəzinə onu standart mərkəzi kilidlə bağlamaq daha məqsədəuyğundur. Qayıtdıqdan sonra avtomobil mexaniki açarla açılmalı, akkumulyator yenidən qoşulmalı və yalnız bundan sonra bort elektronikası aktivləşdirilməlidir".

Oxunub 330
ŞƏRH YAZ
Ad

E-mail

Şərh