Avtomobillərin icbari sığorta haqqı artırılır? - VİDEO

Avtomobillərin icbari sığortasının qiymətlərinin artırılması müzakirə edilir. Artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdikləri üçün müraciət edənləri sığorta etməkdən imtina edirlər. Müştərilərə isə bunu proqramın işləməməsi ilə izah edirlər.
Avtosfer.az-ın məlumatına görə, Sığortaçılar Assosiasiyasından bildirilib ki, son dövrlər daha çox aktual olan və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı hazırda ciddi iş aparılır. Qeyd edilib ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik əsasən hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək. Sığorta eksperti Vüsal Bədəlov hesab edir ki, əgər qərar verilərsə qiymətlərdəki dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək. Qeyd edək ki, buna görə də sığorta sektorunda risk əsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır. Ekspert deyir ki, bu üsul dünya təcrübəsində də geniş istifadə olunur. Qiymətlərdə dəyişikliyin aktuallaşması isə sürücülərin ürəyincə deyil. Xatırladaq ki, 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir.
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı










