Avtomobillərin sığorta haqları artıb? - VİDEO

Oktyabr ayından etibarən avtomobillərin bir illik sığorta haqqı yeni qaydalarla hesablanır. İddialara görə bu, bəzi hallarda əvvəlki hesablama qaydası ilə müqayisədə baha başa gəlir.
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, oktyabr ayına qədər yalnız baza sığorta haqqı, avtomobilin növü və bonus-malus sinfinə görə 3 əmsal bir-birinə vurulurdu. İndi isə 7 fərqli əmsal bir-birinə vurulur. Yeni qaydalarda baza sığorta haqqı məbləği əvvəllər olduğu kimi 50 manat həcmində müəyyən edilib, amma qiymətə təsir edən digər əmsallar var.
Sürücülük təcrübəsi və sürücünün yaşına görə əmsallar 1-1. 35, əraziyə görə əmsallar isə 0.95-1.05 arasında dəyişir. İstismar ili 10 ildən 20 ilə qədər olan avtomobillərin sığorta haqqı əlavə olaraq 1.05 əmsalına, 20 ildən çox olduqda isə 1.1 əmsalına vurulur. Əgər avtomobili 2 və daha çox şəxsin idarəetmə hüququ varsa, bu zaman sığorta haqqı əlavə olaraq 1.15 əmsalına da vurulmalıdır. Sonda isə bu əmsalların hamısı bir-birinə vurulur və avtomobilin bir illik sığorta haqqı ortaya çıxır.
Ekspert deyir ki, yeni qaydaların tətbiqində məqsəd yol-nəqliyyat hadisələrinin sayını maksimum azaltmaqdır. Yeni qaydalar ümumilikdə hadisəsiz sürücülərin daha çox işinə yarayacaq.
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ










