AVTOVAZ yenidən avropalılara möhtac oldu və ya dəyişməyən ənənə

Ötən ay yeni İskra modelinin seriyayaqədərki istehsalına başlayan AVTOVAZ şirkətində işlər düz getmir.
Avtosfer.az rus saytlarına istinadl xəbər verir ki, yeni modelin elektronikası ilə bağlı problemlər ortaya çıxıb. Avtomobillərin bəzilərində faralar yanmır, başqa bir qismində mühərrik işə düşmür, digərlərində cihazlar lövhəsinin işıqları sönmür və s.
Problemdən çıxış yolu kimi “dost olmayan ölkələrdən” (Avropadan – müəl.) mütəxəssislər dəvət edilib. Eyni zamanda yeni İskra modellərinin hazırlanma tempi də aşağı salınıb. Həftədə ən çoxu 2 maşın boyaq sexini tərk edir.
Bir məsələni xatırladaq ki, İskra avtomobili köhnə Renault/Dacia Logan modelinin bazasında hazırlanıb. Logan da təzə sayıla bilməz. Modelin başlanğıcı ötən əsrin 60-70-ci illərinə gedib çıxır. Bunun bariz nümunəsi 90-cı illərin ortalarında Bakıda taksi kimi istifadə edilən sarı rəngli Reanult 12 avtomobilləridir.
Ənənəyə gəlincə, Sovet ittifaqının bütün avtomobilləri xarici modellərdən plagiat edilsə də, bu fakt həmişə gizlədilib. Hətta 80-ci illərin əvvəllərində istehsalına başlayan VAZ-2108 seriyasının mühərrikini Porsche mühəndisləri layihələndirsələr də, fakt yalnız SSRİ-nin süqutundan sonra ictimailəşdirilib. Axı sovet vətəndaşı “çürümüş kapitalizm”in məhsulu barədə müsbət firkə malik olmamalı idi.
Vüqar
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO












