Azərbaycan avtomobil idxalını 15 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 744 milyon ABŞ dolları dəyərində 55 199 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Avtosfer.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,7 % çox və 15 % azdır.
İlk 9 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,4 dəfə artaraq 337 ədəd (46,3 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 15,7 % azalaraq 51 055 ədəd (595,3 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 8 999-u (105,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 301-i (10 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,5 %, ikincinin isə 3,2 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 13 % azalaraq 3 585 ədəd (73,7 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 98,2 % artaraq 222 ədəd (28,6 milyon ABŞ dolları dəyərində) olub.
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO












