Azərbaycan elektrik avtomobillərini hansı ölkələrdən alır? - RƏQƏMLƏR

Son illərdə Azərbaycana idxal edilən elektrik avtomobillərin sayı sürətlə artır. Bir neçə il əvvəl hər ay 5-10 ədəd elektrik avtomobili idxal edildiyi halda, hazırda bu göstərici 250-300 ədədə yüksəlib.
Bəs Azərbaycana gətirilən elektrik avtomobilləri daha çox hansı ölkələrdən idxal edilir?
Avtosfer.az gömrük məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində 1012 ədəd elektrik avtomobili idxal olunub. Bu qədər avtomobilin 830 ədədi, yəni 82 faizi Çindən alınıb.
Çindən idxal edilən avtomobillər üçün ümumilikdə 32,94 milyon dollar ödənilib. Bir avtomobilə görə çəkilən xərc orta hesabla 40 min dollar olub.
Elektrik avtomobil idxalında Çindən sonra ABŞ və Almaniya böyük paya sahibdir. İlk 4 ayda ABŞ-dən 79 ədəd, Almaniyadan 69 ədəd elektromobil gətirilib. ABŞ-dan gətirilən bir avtomobilə görə orta hesabla 34,6 min dollar, Almaniyadan idxal olunan avtomobil üçün 76,8 min dollar ödənilib.
Çinin idxalda lider olmasının səbəbi bu ölkənin elektrik avtomobillərin istehsalı və ixracında qabaqcıl mövqedə olmasıdır. Son illərdə Çində çoxlu sayda yeni model yaradılıb ki, bu da Çinin elektromobil bazarında mövqeyini gücləndirir.
(sfera.az)
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










