Azərbaycana elektromobillərin idxalı kəskin artıb
Avtoxəbər
17 Sentyabr 2022 18:00

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 657 980,24 min ABŞ dolları dəyərində 49 245 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 15,1% çox və 12,6% azdır.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında ölkəyə 521 616,77 min dollar dəyərində 45 519 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 6,4% çox, say baxımından isə 13,3% azdır.
Bundan başqa, bu ilin yanvar-avqust aylarında ölkəyə 66 304,15 min dollar dəyərində 3 202 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 18,7% çox, say baxımından isə 12,9% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 329 vahid (2,7 dəfəyədək çox) 45 742,38 min dollar dəyərində (artım 2,7 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 195 vahid (120 vahid çox) 24 316,94 min dollar dəyərində (2,7 dəfədən çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkəyə dəyəri 91 933,77 min dollar (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 dəfədən çox) təşkil edən 8 210 vahid (13,5% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 9 060,58 min dollar (4,9 dəfə çox) dəyərində 267 vahid (212 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Oxunub : 2526
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 11:48
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
28 Sentyabr 2026 23:48
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
28 Sentyabr 2026 19:32
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
27 Sentyabr 2026 23:13
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
27 Sentyabr 2026 17:24
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
27 Sentyabr 2026 12:00
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
23 Sentyabr 2026 18:00
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
23 Sentyabr 2026 17:48
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
23 Sentyabr 2026 14:48
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
23 Sentyabr 2026 12:53
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
23 Sentyabr 2026 09:48
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
22 Sentyabr 2026 17:36
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
ŞƏRH YAZ












