Azərbaycana gətirilən yük avtomobilləri 3 min manatdan çox bahalaşıb

Cari ilin yanvar-may aylarında Azərbaycana 56 milyon 773 min dollar dəyərində 3 335 ədəd yük avtomobili idxal olunub. Avtosfer.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə yük avtomobillərində göstəricilər dəyər ifadəsi ilə 17 milyon 283 min dollar və ya 43,8%, miqdar ifadəsi ilə 702 ədəd və ya 26,7% artıb.
2023-cü ilin 5 ayı ərzində 39 milyon 490 min dollar dəyərində 2 min 633 ədəd yük avtomobili gətirilmişdi.
1 ədəd yük avtomobilinin orta qiyməti 2024-cü ilin 5 ayına görə 17 min 23 dollar (28 min 940 manat) olub ki, bu da son bir ildə 2 min 25 dollar (3 min 443 manat) və ya 13,5% bahalaşma deməkdir.
Ötən ilin müvafiq dövründə bir ədəd yük maşının idxalı isə 14 min 998 dollar (25 min 498 manat) olub.
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO












