Azərbaycana hibrid avtomobillərin idxalında ciddi ARTIM

Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elektrik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub.
ETSN-in Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov Avtosfer.az-a bildirib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib.
“Bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub."

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il yanvar ayının 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər və istehsal tarixi 3 ildən çox olmayan, mühərrik həcmi kiçik olan hibrid avtomobilləri, həmçinin onların istifadəsi üçün enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib.
“Ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində görülən tədbirlər Azərbaycanda ətraf mühitə və xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












