Azərbaycana hibrid avtomobillərinin gətirilməsində PPROBLEM yarandı

Avtoxəbər 28 Noyabr 2022 16:22 Oxunub 13094
Azərbaycana hibrid avtomobillərinin gətirilməsində PPROBLEM yarandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda hibrid və dizel mühərrikli avtomobillərə tələb artıb. Həmçinin ölkəmizdə elektromobillərin sayı artmağa başlayır. 

Ekspertlərin fikrincə, 2023-cü ildə ölkəmizə idxal olunan hibrid və elektriklə çalışan avtomobillərin sayı bu gün idxal olunan ümumi avtomobillərin sayının ən azı 30 faizini təşkil edəcək.

Qeyd edək ki, yanvarın 1-dən hibrit və elektrikli avtomobillər Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunacaq. İndi isə elektrikli avtomobillər gömrük rüsumundan da azad olunub. Bu tendensiya elektrikli avtomobillərin qiymətində xeyli ucuzlaşma olacağına zəmin yaradır. 

Maraqlıdır, Azərbaycanda tələbi artan bu avtomobillərin zərərli tərəfi varmı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya bildirib ki, hibrid avtomobillər bütün dünyada yaşıl, yəni ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi səciyyələndirilir:

“Bu avtomobillər işləyən zaman atmosferə buraxdığı tullantıların və qazların həcmi olduqca azdır. Bu səbəbdən təmiz və təhlükəsiz nəqliyyat vasitələri həm də nəqliyyata və ehtiyat hissələrinə görəə qənaətcil sayılır. Bütün dünyada, o cümlədən Azərbaycanda da bu növ nəqliyyat vasitələrinə tələb çoxdur.

Məndə olan məlumata görə  rəsmi distrübiterlərə müraciət edən vətəndaşlar hibrit avtomobilləri ilə maraqlanırlar və sifariş edirlər. Amma hazırda hibrit avtomobillərin istehsalında ləngimələr yaranıb. Buna səbəb isə həmin avtomobillərin istehsalında istifadə olunan cihazların, yarımkeçicilərin qıtlığı ilə əlaqədardır”.  

Ekspert qeyd edib ki, təssüf ki, vətədaşlar Azərbaycana ABŞ-dan vaxtı keçmiş, yararsız hibrit avtomobilləri alıb gətirirlər:

“Xüsusilə köhnə hibrid avtomobilləri taksi fəaliyyəti kimi istifadə olunur. Taksi fəaliyyətində isə qiymət və məsafə cihazı kimi smartfonlardan istifadə olunur. Sürücü smartfonla məşğul olduğu zaman fikri yayınır və qəzalar baş verir. Zərərliliyinə gəlincə, bu avtomobillərinin yalnız müsbət tərəfi var, zərərli tərəfi yoxdur”.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh