Azərbaycanda 89 dövlət əmlakı hərraca çıxarılacaq - 25-i nəqliyyat vasitəsidir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 6-da və 13-də özəlləşdirmə hərracları keçirəcək. Bu barədə Avtosfer.az -a nazirlikdən bildirilib. Məlumata görə, ilk hərraca 10 kiçik dövlət müəssisəsi, 49 nəqliyyat vasitəsi, növbəti hərraca isə 5 səhmdar cəmiyyətin səhm paketi, 25 nəqliyyat vasitəsi çıxarılacaq. Beləliklə, ümumilikdə 89 əmlak potensial investorlara təklif olunacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Onların səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin isə əksəriyyəti Cənubi Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1993-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












