Azərbaycanda bu avtomobillərin sayı çoxalacaq - "Daha ucuz qiymətə..."

Avtomobillərin ehtiyat hissələri daha çox Rusiya, Belarus və Ukrayna üzərindən ölkəmizə gətirilir. Lakin indi Rusiya və Ukrayna arasında mövcud müharibə logistika problemlərini yaradıb. Bu sıradan olan məhsulları indi ölkəyə gətirmək olmur.
Maraqlıdır, avtomobillərin ehtiyat hissələrinin çatışmazlığı nə kimi problemlər yaradacaq? Azərbaycan bu xüsusda başqa hansısa ölkəni alternativ seçə bilərmi?
Mövzu ilə bağlı sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov müharibənin avtomobil bazarına ciddi mənada təsir etmədiyini deyib: "Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda tətbiq olunan iqtisadi sanksiyalar, Rusiyanın avtomobil sənayesindəki böhran Azərbaycanın avtomobil bazarına o qədər də təsir edə bilmir. Ona görə ki, Azərbaycan avtomobil bazarı bütövlükdə Rusiyanın avtomobil sənayesindən asılı vəziyyətdə deyil. Azərbaycanın bu sahədə alternativləri çoxdur. Azərbaycana fərqli ölkələrdən avtomobillər və ehtiyat hissələri gətirilir. Bu ölkələr arasında ABŞ, Yaponiya, Avropa İttifaqı ölkələri, eyni zamanda Çin də yer alır".
Ekspert Azərbaycanda Rusiya istehsalı avtomobillərin əvəzinə başqa ölkələrin avtomobillərinin çoxala biləcəyini deyib. Mütəxəssis bu avtomobillərin daha ucuz qiymətə təqdim oluna biləcəyini də qeyd edib: "İndiki situasiyada Azərbaycanda Rusiya istehsalı avtomobillərin qiymətinin kəskin yüksəlməsinə inanmıram. Əgər belə olarsa, o zaman Rusiya avtomobil sənayesi Azərbaycan avtomobil bazarını itirəcək. Ona görə ki, alternativlər var. Rusiyanın təklif etdiyi avtomobillərlə təxminən eyni keyfiyyətə və seqmentə malik olan və daha ucuz avtomobillər arasında Çin avtomobil sənayesi var. Əgər bahalaşma olarsa, Azərbaycanda Çin istehsalı olan avtomobillərin sayı çoxalacaq. Bunu yaxın zamanlarda real saymıram. Lakin vəziyyət dəyişərsə, ümumi mənzərə belə olacaq".
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












