Azərbaycanda bu qədər minik avtomobili istehsal olundu - DSK AÇIQLADI

Ötən il Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal olunub. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 1 960 ədəd və ya 32,7 % azdır. Bu ilin əvvəlinə 82 ədəd hazır məhsul ehtiyatı yaranıb. 2025-ci ildə Azərbaycanda 761,6 milyon manatlıq maşın, avadanlıq, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. 2024-cü illə müqayisədə maşın və avadanlıqların istehsalı 16,3 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 40,3 % azalıb. Hesabat dövründə Azərbaycanda 474 ədəd traktor istehsal edilib. Bu, 2024-cü illə müqayisədə 23,9 % azdır. Bu ilin yanvarın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb. Həmçinin, 2025-ci ildə ölkədə 273 ədəd yük avtomobili istehsal edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən 60,8 % azdır. Bu il yanvarın 1-nə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri












