Azərbaycanda elektromobillərə maraq niyə azdır?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında Azərbaycana 153 elektrik mühərrikli avtomobil gətirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım demək olsa da, elektromobillərin ölkəyə avtomobil idxalında payı cəmi 0,5%-dir.
Baxmayaraq ki, ölkəyə idxal olunan elektromobillər gömrük rəsmiləşdirilməsi zamanı əlavə dəyər vergisinə cəlb olunmur. Bu isə ölkə əhalisinin elektromobillərə marağının az olmasını göstərir. Report məsələni "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyevlə müzakirə edib.
Onun sözlərinə görə, Azərbaycanda elektromobillər üçün Elektrik Doldurma Məntəqələrinin (EDM) sayı kifayət qədər deyil, odur ki, vətəndaşlar daha çox ənənəvi qaydada çalışan - yalnız benzin və dizel yanacağı ilə işləyən maşınlar sürməyə üstünlük verir. Amma səbəb təkcə bu deyil.
"Biz benzin və dizel mühərrikli avtomobillərə öyrənmişik və elektromobillərə asanlıqla keçə bilmirik. ABŞ, Avropa və Yaponiyada hələ 2006-2007-ci illərdə hibrid avtomobillərə keçiblər. Ona görə də, həmin ölkələr üçün elektromobildən istifadəni genişləndirmək çətin olmayıb. Biz isə son bir neçə ildə hibrid avtomobillərdən istifadəyə üstünlük verməyə başlamışıq. Onların da çoxu ikinci əl, yararsız nəqliyyat vasitələridir. Bu səbəbdən də birdən-birə elektromobillərə keçmək çətindir", - deyə o, qeyd edib.
Ekspertin fikrincə, Azərbaycanda elektromobillərdən istifadəni genişləndirmək üçün aşağı gəlirli insanların büdcəsinə uyğun maşınların satışı təşkil edilməlidir: "Sözsüz ki, ölkəmizdə satılan elektrikli avtomobillərin qiyməti çox yüksəkdir və bu səbəbdən də əhalinin hamısı onlara keçid etmək imkanına malik deyil. Hazırda qiyməti 70-80 min manatdan aşağı elektromobil yoxdur. Hesab edirəm ki, dilerlər ölkəyə daha ucuz, yəni aşağı təbəqə üçün nəzərdə tutulan elektromobillər də gətirməlidirlər. Məsələn, çox yaxşı olardı ki, Azərbaycanda qiyməti 30-35 min manat olan elektrik mühərrikli avtomobillərin satışını da müşahidə edək. Hazırda ölkəmizdə belə avtonəqliyyat vasitələri məhdud saydadır. Məndə olan məlumata görə, "Naxçıvan Avtomobil Zavodu" (NAZ) MMC-də bununla bağlı işlər gedir. Belə ki, NAZ Çin markalarının burada yığımını həyata keçirir. Hansı ki, bunların qiyməti 34-35 min manatdır. Hazırkı kredit şərtləri və dövlətin müəyyən etdiyi güzəştlər daha aşağı büdcəli avtomobillərin ölkəmizə gətirilib satılmasını məqbul edir”.
Açıqlanan son rəsmi məlumatlara görə, hazırda ölkədə elektromobillər üçün 33 EDM var. Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir.
P.S, Bu günlərdə Azərbaycan Mərkəzi Bankı “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”lara dəyişiklik edib. Dəyişikliyə əsasən, kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. Ekspertlər hesab edir ki, bu yenilik ölkədə elektromobil sürməyə marağı artıracaq.
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR








