Azərbaycanda ən çox istifadə edilən avtomobil markaları hansıdır? - SİYAHI

Azərbaycanda istifadə edilən minik avtomobilləri arasında hələ də çoxluq Rusiya istehsalı olan avtomobillərə məxsusdur.
Avtosfer.az xəbər verir ki, 2022-ci ilin əvvəlində ölkəmizdə 1,35 milyon ədəd minik avtomobili olub. Avtomobillərin 400,6 mindən çoxu “Vaz” markalı maşınlardır.
“Vaz”lar arasında 03-06 modellər (199,7 min) və 07 modelləri (126,65 min) üstünlük təşkil edir. Hər iki model avtomobillərin son illərdə sayında azalma müşahidə olunur.
“Mercedes” markalı avtomobillər siyahəda ikincidir. Bu marka avtomobillərin sayı 210 min ədədə yaxındır. “Mercedes”lərin sayında artım olsa da, son illərdə artım dinamikasının zəifləməsi aydın görünür. Son 5 ildə bu marka avtomobillərin sayı cəmi 14 min ədəd artıb.
“Hyundai” sayına görə üçüncü sıradadır. Bu marka avtomobillərin sayı 94 minə çatıb. Son 5 ildə “Hyundai” markalı avtomobillərin sayı 30,3 min ədəd artıb.
“Toyota”ların sayı 81,5 min ədədə (son 5 ildə 33 min ədəd artım), KİA-ların sayı 55,5 min ədədə (23,5 min ədəd artım), “Nissan”ların sayı 37,3 min ədədə (4,5 min ədəd artım) çatıb.
Sfera.az
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












