Azərbaycanda ən çox və ən az satılan avtomobillər – Siyahı - FOTO

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 349 min 307 ədəd olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablma göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 6,7% və ya 84 min 765 ədəd artıb.
Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə "Hyundai", "Toyota", "Opel", KİA, "Chevralet" və "Nissan" qərarlaşıb.
Ən az istifadə olunan avtomobil isə "Tatra" və "Chrysler" markalı avtomobillər olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" və "Chrysler" markalı avtomobil var.
Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 17 ədəd "Oldsmobil", 23 ədəd "Talbot", 24 ədəd "Asiya", 31 ədəd "Datsun", 60 ədəd "Saab", 91 ədəd “Rover”, 110 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.
Açıqlanan məlumatlardan belə görünür ki, son bir ildə Azərbaycanda “Toyota” və "Chevralet" avtomobillərinin satışı daha çox artıb. Son bir ildə qeydiyyata alınan avtomobillərin 32,5% və ya 27 min 560 ədədi bu ili markanın payına düşüb.
Onu da qeyd edək ki, ölkədə qeydiyyatda olan avtomobillərin 91,1%-i benzin, 8,2%-i dizel, 0,7%-i isə qaz ilə işləyir.
Son 5 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bü cür olub:

Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










