Azərbaycanda işlənmiş maşın satanlardan da vergi tutulacaq - Rəsmi

Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin əlavə dəyər vergisinə (ƏDV) cəlb olunması müzakirə edilib. Avtosfer.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurum avtomobil dilerlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Xidmətin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
N.İmanov 2026-cı ildə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib, elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı ƏDV-dən azadolmanın ləğvi, həmçinin həmin avtomobillərin yerli istehsalının ƏDV-dən azad edilməsi barədə yenilikləri görüş iştirakçılarının diqqətinə çatdırıb. İclas zamanı işlənmiş avtomobillərin dilerlərdə satışının ƏDV-yə cəlb olunması mexanizmi müzakirə edilib. Bu cür əməliyyatların aparılması ilə bağlı vergi öhdəlikləri, yarana biləcək çətinliklərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Vergi əməkdaşları qanunvericiliyin bəzi aspektərini izah edib, sahibkarlarla dialoqun davamlı şəkildə aparılacağını və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndiriləcəyi bildirib.
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO
Mitsubishi Pajero ailəsi yeni modellərlə genişlənəcək
Yay mövsümündə avtomobil sürdükdən sonra radiatoru təmizləmək vacibdir?










