Azərbaycanda satılan lüks avtomobillərin sayı məlum olub - SİYAHI

2022-ci ilin birinci yarısında Azərbaycanda satılan lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
“APA-Economics”in avtomobil bazarından əldə etdiyi məlumata görə, 6 marka üzrə satışların ümumi sayı 562 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.
“Mercedes” bu ilin ilk yarısında 191 ədəd satışla bazar üzrə liderliyini (34% bazar payı) qoruyub. Bununla belə, markanın satışları ötən ilin eyni dövrünə nisbətən 30% azalıb.
Premium seqmentdə Yaponiya brendi “Lexus” Azərbaycanda satış həcminə görə (185 ədəd) siyahıda ikinci olub. Ötən ilin eyni dövrünə nisbətən markanın satışları 42%-dən çox artıb. Siyahıda üçüncü olan BMW-nin satışları 31% azalaraq 135 ədədə düşüb. Qeyd edək ki, Almaniya markası ötən ilin birinci yarısında Azərbaycanda 196 avtomobil sata bilmişdi.
Bu dövrdə “Audi”nin satışları 12,6% artaraq 98-ə, “Land Rover”in satışları 16,2% artaraq 86-ya, “Porsche”nin satışları isə 35% artaraq 58 ədədə çatıb.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












