Azərbaycanlı sürücü Fransada narkotik çəkib özünü ələ verdi - Axtarışda imiş

Fransa polisi Sen-Briok kommunasında magistral yolda hərəkət edən moped sürücüsünü saxlayıb. Avtosfer.az xəbər verir ki, mopedlərin qadağan edildiyi yolda hərəkət edən şəxs barədə sürürücülər polisə məlumat verib. Jandarmların saxladığı sürücünün qeyri-adekvat hərəkətləri şübhə doğurub. Tüpürcəkdən götürülən analiz zamanı onun narkotik vasitənin təsiri altında olduğu sübut edilib. Onun üzərinə baxış keçirilərkən az miqdarda həşiş qatranı aşkar edilib.
Polis bölməsində yoxlama zamanı isə məlum olub ki, qayda pozan şəxs Azərbaycan vətəndaşıdır. O, Fransada qanunsuz yaşadığı üçün axtarışdadır.
Barəsində həbs qətimkan tədbiri seçilən azərbaycanlının işi ilə bağlı son qərar 26 may 2023-cü ildə veriləcək. O, cəzasını çəkib qurtardıqdan sonra Fransadan deportasiya ediləcək.
Vüqar
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











