Azərbaycnda niyə elektromobillər gözə dəymir?

Ətraf mühitin qorunması, eləcə də benzinə qənaət üçün indi dünya yeni bir yol tapıb. Elektriklə işləyən maşınlardan istifadənin genişləndirilməsi. Bu növ avtomobillərə xarici ölkələrdə maraq getdikcə artır. Hətta Norveç hökuməti bu maşınlar sayəsində paytaxt Oslonu 2020-ci ilə qədər benzinsiz şəhərə çevirmək niyyətindədir. Azərbaycanda da elektromobillərin satışına rast gəlinsə də, hələ ki, bu avtomobillərin kütləvi istifadəsi mümkün deyil. Benzinin qiymətinin artması, avtomobillərlə bağlı qoyulan tələblər insanları alternativlər axtarmağa vadar edir. Bu alternativlərdən biri elektriklə işləyən maşınlar, yəni elektromobillərdir. Apardığımız araşdırma zamanı məlum oldu ki, ölkəmizə də elektromobillər gətirilir, amma onlar şəhərlərarası və ya şəhərdaxili yollar üçün nəzərdə tutulmayıb. Bu maşınları yalnız qolf meydançalarında, parklarda və ya istirahət məkanlarında istifadə etmək olar. Bu elektromobillərin sürəti saatda 25-50 kilometrə qədərdir. Elektriklə işləyən ən bahalı maşının qiyməti isə 20 min AZN təşkil edir. Elektromobillərə mobil telefon kimi enerji yükləmək lazımdır. Hətta bəzi elektromobillərin üzərində olan günəş paneli günəşdən enerjini yığmağa və onun köməyilə maşını hərəkətə gətirməyə imkan verir.
Avtomobil salonunun nümayəndəsi Nuranə Məmmədova: “Bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, həm də gələcəkdə əsas yollarda asan hərəkət edə biləcək".
Amma hələlik elektromobillərin yolllarda istifadəsini mümkünsüz edən amillər var. Hələlik bu maşınlar nəqliyyat vasitəsi kimi tanınmır və bu səbəbdən onlara dövlət nömrə nişanları verilmir. Həmçinin elektromobillər üçün enerji yükləmə məntəqələri yoxdur. Amma müşahidələr göstərdi ki, əgər bu maşınların ölkəmizdə istifadəsi mümkün olarsa, kifayət qədər alıcı ola bilər.
Sürücü Oruc Əskərov: “Sürət məni maraqlandırmır, şəhər içi 80 heç sürmək mümkün deyil, sürücü üçün çox gözəldir”.
Satıcı Nadir Ağayev: “Benzinin qiyməti qalxdıqca yaxşı olardı ki, elektromaşınlar istehsal oluna və bizdə ondan istifadə edək”.
Nəzərə almaq lazımdır ki, elektromobillərin istifadəsi təkcə qənaət yox, həm də ətraf mühitin, elə özümüzün sağlamlığımızın qorunması deməkdir. Ona görə, artıq dünyada istifadəsi genişlənən bu maşınların ölkəmizə də gəlməsi yalnız müsbət ola bilər. ANS
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur

















