Sürücüləri narahat edən problem həll edildi - Sol zolaqdan düzünə də getmək olar - FOTO

Bakı dairəvi yolunda sürücüləri narahat edən nişanlanma ilə bağlı problem həll edildi. Avtosfer.az xəbər verir ki, Yolun Alatavanın bərabərində sağ kənar hissədən sola - orta hərəkət hissəsinə keçid edərək Biləcəriyə getmək üçün olan kəsiyi qarşısında sol zolaqdakı 1.18 nişanlanma oxu dəyişdirildi.
Qeyd edək ki, həmin ox sol zolaqdan yalnız sola hərəkətə icazə verirdi. Bu da hərəkət şəraitinə və oradan sola gedən avtomobillərin sayına uyğun deyildi.
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, bizim də bu məsələni işıqlandırmağımızdan sonra həmin ox dəyişdirildi və indi sol zolaqdan həm düzünə, həm də sola getmək olar: "Problemə operativ reaksiya verərək həll edən səlahiyyətli qurumların əməkdaşlarına təşəkkürümü bildirirəm".
Bir müddət öncə sürücülər həmin yolda yol polisinin qanunsuz cərimələr yazdığını bildirirdi və video çəkərək paylaşım etmişdilər. Həmin videoda sürücüləri qanunun tələblərini pozmağa çağırışlar var idi, hərəkətin təşkilindəki qüsurdan danışılmırdı. Avtosfer.az saytı və hüquqşünas Ərşad Hüseynov məsələyə obyektiv izah verəndən sonra problem həllini tapdı.
Emin
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












