Bakıda Elektrik Avtomobillərin Festivalı keçirildi - FOTOLAR

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib.
Avtosfer.az xəbər verir ki, ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub. Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib.
İlk dəfə keçirilən festivalın sponsoru “NEO Motors” şirkəti olub. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib. Festivalın tərəfdaşları qismində isə “Efendiler Group”, “Volt Group”, “Improtex Motors”, “Onvolt Group”, “Cahan Motors” və “Nurgün Motors” şirkətləri qoşulublar.
Festivalda AAF-ın vitse-prezidenti Fərid Məmmədov və energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış ediblər.
Festival çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Onlar ekoavtomobillərə baxış keçirərək bu avtomobillərin xüsusiyyətləri və üstünlükləri barədə geniş məlumat əldə ediblər.
Tədbirdə festivalın uğurla həyata keçirilməsində töhfə verən sponsor və tərəfdaşlara sertifikatlar təqdim edilib. Festival əyləncəli musiqi proqramı ilə yekunlaşıb.









24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












