Bakıda polisin duracağa yerləşdirdiyi avtomobil qarət edilib? - İDDİA - VİDEO

Bakıda polisin duracağa yerləşdirdiyi avtomobilin qarət edildiyi iddia olunur.
Avtosfer.az-ın məlumatına görə, bu iddianı hazırda paytaxtda yaşayan Şirvan şəhər sakini Yusif Qarayev səsləndirib.
O bildirib ki, sentyabr ayının 1-də Babək prospektində onun avtomobilini polis saxlayıb. Avtomobil polis əməkdaşının göstərişinə əsasən Yasamal rayonu ərazisindəki müvəqqəti duracağa aparılıb.
Yusif Qarayev avtomobilinə ümumilikdə 5000 manata yaxın ziyan dəydiyini deyir. O, artıq bununla bağlı aidiyyəti üzrə müraciət də edib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirib ki, həmin avtomobil barəsində ödənməmiş cərimələrə görə həbs qərarı çıxarılıb və bu səbəbdən duracağa qoyulub. Araz Əsgərlinin sözlərinə görə, belə hadisə həmin duracaqda və ümumilikdə paytaxt ərazisindəki duracaqlarda ilk dəfədir yaşanır.
Azar Əsgərli qeyd edib ki, bütün hallarda məsələ araşdırılacaq və hadisəni törədənlər müəyyən edilərək fakta hüquqi qiymət veriləcək.
Daha ətraflı süjetdə:
Xezerxeber.az
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












