Bakıda sürücü avtobusu təhlükəli vəziyyətdə idarə edib - VİDEO

Sərnişindaşıma ilə məşgul olan sürücü saatda 70 kilometr sürətlə avtobusu qapısı açıq şəkildə idarə edib. Avtobusun içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallanaraq gedib.
Avtosfer.az xəbər verir ki, kadrlar ötən gün izləyicilərimizdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in vatsap nömrəsinə göndərilib.
Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, sözügedən avtobus 156 nömrəli xəttə məxsusdur. Bu xətdə işləyən avtobuslar metronun ''Əcəmi'' stansiyası yaxınlığından Hökməli qəsəbəsinə və əks istiqamətdə sərnişin daşıyır.
Məsələni araşdırmaq üçün sözügedən avtobusların son dayanacağına getdik. Sürücülər faktı təkzib etsələr də, bildirdilər ki, 156 saylı xətdə cəmi 8 avtobus var. Sayın az olmasına baxmayaraq, bu avtobuslar sərnişinlərin mənzil başına çatmasına kifayət edir. Belə sıxlıqlar isə adətən günün pik saatlarında yaşanır.
Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu kimi hallarda kobud qayda pozuntusuna yol verən sürücü aşkar edilərək inzibati qaydada cərimə edilir. Həmçinin daşıyıcı şirkətə bu kimi halların qarşını almaq məqsədlə xəbərdarlıq olunur.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












