BNA yollara yeni xətlər çəkir; sürücülər çaş-baş qalıb - Necə hərəkət etmək lazımdır? - AÇIQLAMA

Ziya Bünyadov prospektindən Azadlıq prospekti ilə kəsişmədə yola yeni nişanlama xətlərinin çəkilməsi işlərinə başlanılıb. Bakıda ilk dəfə tətbiq edilən bu nişan sürücülərin çaşqınlığına səbəb olur. Bəs görəsən bu nişan hansı məqsədlə qoyulub? Nişan sürücülərin hərəkət istiqamətində hansısa məhdudiyyətləri ehtiva edirmi?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Ziya Bünyadov prospekti boyunca o cümlədən həmin hissəsində də avtobuslar üçün xüsusi zolaqlar təşkil olunmaqdadır. “Həmin ərazidə işlər tam yekunlaşmayıb. Nişanlanma xətləri çəkilib lakin müvafiq yol nişanları hələ qoyulmayıb.
Sarı boya ilə çəkilən nişanlanma ilə bağlı da bildirim ki, bu kəsişmədə tətbiq edilən sarı kəsişmə toru ilə eyni funksiyanı daşıyır. Digər nəqliyyat vasitələrinin həmin tora daxil olub istiqamət dəyişməsində və ya nişanlanma xətti boyunca hərəkətində hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə həmin torun üzəri burada da daim boş saxlanılmalıdır. Xüsusən də sıxlıq və tıxac halları zamanı buradakı torun üzəri boş saxlanılmalıdır ki, bunun da məqsədi avtobuslar maneə olmadan zolağını dəyişərək fasiləsiz hərəkətini təmin etməkdir. Bu nişanlanma xətlərindən dünya təcrübəsində də istifadə olunur”.
Həmin zolaqların dünya təcrübəsində tətbiqi ilə bağlı fotoları təqdim edirik:


Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











