Bakının məhşur prospektində sürət həddi artırılacaq – FOTO

“Bakının Ziya Bünyadov prospektində aparılan yenidənqurma nəticəsində zolaqların sayı 10-a çatdırılacaq, yəni 5 gediş, 5 gəliş hərəkət zolağı olacaq. Onlardan 2-si sürətli hərəkət üçün nəzərdə tutulub. Əvvəllər isə prospektdə 4 zolaq var idi. 2 gediş, 2 gəliş zolağı”. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Ziya Bünyadov prospektində aparılan işlər nəticəsində avtomobillər 20 yanvar dairəsindən və “Qələbə” kinoteatrının yaxınlığındakı dairədən “Koroğlu” metrostansiyasına doğru və geri istiqamətdə maneəsiz və sürətli hərəkət edəcək. O, bildirib ki, sürətli hərəkət zolaqlarında hansı sürətin müəyyən ediləcəyi hələlik məlum deyil. Pünhan Mürsəliyev prospektin rekonstruksiyasının 2014-cü ilin sonuna qədər başa çatdırılacağını deyib. “Ərazidə gecə-gündüz iş gedir. Prospekti vaxtından əvvəl təhvil verməyə çalışırıq. Yay aylarında təhvil verə bilməsək, ən uzağı ilin sonuna qədər istifadəyə veriləcək”, deyə P.Mürsəliyev bildirib.
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
















