Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Yanacağın qiymətinin artması maşın bazarında vəziyyəti dəyişib. Belə ki, alıcılar arasında elektrikli avtomobilə maraq artıb.
Mövzu ilə bağlı açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, elektriklə idarə olunan maşınlar həm sərfəlidir, həm də ətraf mühiti digər avtomobillərlə müqayisədə az çirkləndirir.
"Dünya elektrikli avtomobil sisteminə keçir deyə, istər işlənmiş, istərsə də yeni bu avtomobildən istifadə edənlərin sayı artıb. Dünyada bu tendensiya gedir. Şübhəsiz ki, insanlar benzinin qiymətinin daha da artacağını düşünür. Belə olduğu halda elektrikdən istifadə daha sərfəlidir. Bu avtomobillər yeni olduğu üçün ikinci əl satışına çox az rast gəlinir."
Ekspert yanacağın qiymətinin artmasının maşınlara çox təsir etmədiyini açıqladı:
"Dizelin qiyməti 20, benzinin qiyməti 10 qəpik qalxdı. Bu, o qədər də ciddi artım deyil. Yəni bunun bazara böyük təsiri yoxdur. Amma yenə də gözlənilən odur ki, bu qiymət artımı hibrid elektrikli avtomobillərin dövriyyəsinə, onların çoxalmasına, istifadəsinin çoxalmasına müsbət təsir göstərəcək".
Y. Mustafayev onu da qeyd etdi ki, bazara üz tutanların sayında da çox dəyişiklik müşahidə olunmur.
(redaktor.az)
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












