Baş DYP İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət etdi - Bunlara diqqət edin - VİDEO

İcbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatı və sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Bu növ sığorta sərnişinə səfər zamanı zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.
İndiyə qədər beynəlxaq sərnişin daşıması ilə məşğul olan sahibkarların fərdi qəza sığortası şəhadətnamə vasitəsilə ilə fiziki qaydada yoxlanılırdı. İndi bu yoxlanış elektron informasiya sistemi vastəsi ilə həyata keçiriləcək. Prosesə nəzarəti isə Daxili İşlər Nazirliyi edəcək.
Beynəlxalq sərnişindaşıma ilə məşğul olan sahibkarlar bilməlidirlər ki, daşıdıqları sərnişinlərin fərdi qəza sığortası olmadıqda nəqliyyat vasitələri texniki baxışdan keçə bilməyəcək. Ona görə də texniki baxışa gəlməmişdən öncə icbari sığortanın olması vacibdir.
Bəzi sürücülər texniki baxış zamanı nəqliyyat vasitələrindəki nasazlıqları aradan qaldırmaq üçün onlara verilən 20 gün müddətinin son günündə avtomobillərini yoxlanışa gətirirlər. Bu da avtomobillərin texniki baxışdan keçirilməsində əlavə problemlər yaradır. Ona görə də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara nəqliyyat vasitələrindəki nasazlıqları vaxtında aradan qaldırıb texniki baxış üçün müraciət etməyi tövsiyə edir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-590-71-13 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











