Bir sıra ölkələri Çin elektrokarlarına rüsum tətbiq olunmasını dəstəkləmir

Avropa İttifaqının bir sıra ölkələri Brüsselin Çin elektrik avtomobillərinə əlavə rüsumlar tətbiq etmək niyyətini dəstəkləmir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə blokun paytaxtlarında müvafiq sorğu keçirən Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iyulun 4-də Avropa Komissiyası Çindən elektriklə işləyən avtomobillərin idxalına 37,6 faizə qədər əlavə tariflərin tətbiqi planlarını elan etməyə hazırdır. Almaniya, Macarıstan, Norveç və İsveç bu tədbirlərə qarşıdır. Yunanıstan, İrlandiya, Polşa və Çexiyada isə məsələ ilə bağlı qızğın müzakirələr davam edir.
Tariflərin tətbiqi Aİ əhalisinin 40 faizinin yaşadığı İspaniya, İtaliya və Fransa tərəfindən dəstəklənir. İspaniya İqtisadi İşlər Nazirliyindən bildiriblər ki, Avropa blokdakı şirkətlərə ziyan dəyəcəyi təqdirdə özünü qorumalıdır.
Bununla belə, Berlin hesab edir ki, tariflərin tətbiqi yanlış yanaşmadır və problemlər birbaşa danışıqlar yolu ilə həll edilməlidir. Almaniya Çindən gələn tədarüklərdən xeyli dərəcədə asılı olan Volkswagen AG, Mercedes-Benz Group AG və BMW AG kimi alman avtomobil istehsalçıları üçün ciddi nəticələrdən ehtiyatlanır.
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












