BNA dayanma-durmaya görə cərimə yazmağı dayandırıb? – AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyinin dayanma-durma qaydalarını pozan sürücülərə qarşı cərimə yazmağı dayandırdığı barədə məlumat yayılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, oktyabrın ortalarından etibarən cərimə yazmaqla məşğul olan işçilərə xəbərdarlıq edilib. Bildirilib ki, noyabrın 1-dən etibarən BNA dayanma-durmaya görə cərimə yazmağı dayandırır. Buna görə də, müqaviləsi başa çatan işçilərlə əməkdaşlığa son qoyulur.
Onların bir çox artıq başqa yerlərdə iş axtarmağa başlayıb.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, agentlik dayanma-durma qaydalarını pozan sürücülərə qarşı mübarizəni davam etdirir. Lakin ola bilsin ki, bu işi görən bəzi əməkdaşlarla müqavilənin vaxtı bitdiyi üçün onlar işdən kənarlaşdırılıb: “Hazırdı BNA əvvəlki qaydada işini davam etdirir. Dayanma-durma qaydalarını pozan sürücülər yenə də cərimə edilir”.
Orxan
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR












