Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

May ayında Böyük Britaniyada avtomobil istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 11,9 faiz azalaraq 69 min 652 ədəd təşkil edib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avtomobil İstehsalçıları Cəmiyyəti məlumat yayıb.
Məlumata görə, ölkədə daxili bazar üçün 17,75 min (9,7 faiz artım), xarici bazar üçün isə 51,9 min (17,4 faiz azalma) avtomobil istehsal olunub. Beləliklə, Britaniya istehsalı olan avtomobillərin təxminən 75 faizi ixrac edilib. Tədarükün təxminən 53 faizinin həyata keçirildiyi Avropa İttifaqı Birləşmiş Krallıq üçün əsas avtomobil ixracı istiqaməti olaraq qalıb. Bu göstəriciyə görə növbəti yerləri ABŞ (18 faiz) və Türkiyə (8 faiz) tutub.
Eyni zamanda, ötən ay ölkədə 26 min 475 ədəd elektrokar və hibrid mühərrikli avtomobil istehsal edilib.
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA












